Bütün nazirlər üçün qadın müavin - TƏLƏB

 

bitmap-img6

“Azərbaycan BMT-nin Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının aradan qaldırılmasına dair Konvensiyasına (BMT-nin 1325 saylı qətnaməsi) imza atıb, amma hələlik bununla bağlı fəaliyyət planını qəbul etməyib. Əgər bu plan qəbul edilsə, bütün strukturların rəhbərlərinin müavinlərindən ən azı biri qadın olacaq”

 

AzerTaym.az PİA.AZ-A İSTİNADƏN xəbər verir ki, bunu Milli.Az-a Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, gender bərabərliyinin təmin olunması üçün bütün nazirliklərdə, komitələrdə qadın müavinlər olmalıdır: "Güc, hüquq-mühafizə strukturlarının, Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, hətta Müdafiə Nazirliyindən tutmuş bütün digər dövlət qurumlarının hamısının rəhbərlərinin qadın müavinləri olacaq. Əgər Konvensiyanın icrası üzrə müvafiq plan qəbul edilsə, bunlar mütləq həyata keçirilməlidir. Bu, çox vacib məsələdir.
Bizdə bu Konvensiyaya qoşulmadan da qadın nazir müavinləri ola bilər. Ölkəmizdə o qədər savadlı, bacarıqlı qadın dövlət qulluqçularımız var ki... Amma plan qəbul olunsa və mexanizm işləməyə başlasa, artıq bunu etmək hökumət üçün mütləq olacaq. Qeyd edim ki, Gürcüstanda bunu çoxdan etməyə başlayıblar. Onlarda hətta baş nazirin qadın müavini də var. Plan qəbul olunandan sonra bu məsələ bizə də çox rahat şəkildə həyata keçiriləcək".

 






Fikirlər