Mona Liza əsərinin altında nə gizlənir?

Mona Liza əsərinin altında nə gizlənir?

Leonardo da Vinçinin məşhur "Mona Liza" əsərinin tədqiqatı ilə məşğul olan alim, əfsanəfi əsərin rəng qatlarının altında gizlədilmiş başqa bir təsvirlə qarşılaşıb. Alimin sözlərinə görə, Mona Liza əsərinin içində başqa bir portret də gizlədilib.

Əsərin saxlanıldığı Luvr muzeyinin rəsmiləri isə, fransalı tədqiqatçı Paskal Kottun bəyənatına münasibət bildirməkdən imtina ediblər.

Qeyd edək ki, analoji hadisə ilk dəfədir ki, qeydə alınmır. Bu vaxta qədər Tertyakov qalereyasının tədqiqatçıları bildirmişdilər ki, Kazmir Maleviçin "Qara kvadrat" əsərinin altında iki sənət əsəri gizlədilib. Məlum olub ki, qara kvadratın altında geometrik fiqurların birləşməsini əks etdirən iki rəngli rəsm gizlədilib.






Fikirlər