28.06.2014.- Evli qadını 2 uşağı ilə bərabər qaçıran şəxs polis imiş - BAKIDA

28.06.2014.- Evli qadını 2 uşağı ilə bərabər qaçıran şəxs polis imiş - BAKIDABu barədə qadının həyat yoldaşı Eldar Əliyev (ad şərtidir) məlumat verib.
Onun sözlərinə görə, qızın valideynləri ilə son telefon danışığında ona gənc qadının polis əməkdaşı ilə bərabər qaçdığı bildirilib.


Hətta polis nəfərinin Daxili İşlər Nazirliyinin xüsusi fəaliyyəti ilə seçilən 7-ci idarəsinin əməkdaşı olduğu da iddia edilir. Arvadı və 2 övladı yoxa çıxan gəncin hüquqlarını müdafiə edən Səməd Vəkilov da ona bu barədə məlumatın daxil olduğunu bildirib: “Mənə də hüququnu müdafiə etdiyim şəxs bu barədə məlumat verib. Məsələ ilə bağlı Binəqədi rayon 40-cı polis bölməsinə və Daxili İşlər naziri Ramil Usubova müraciət etmişik. Uşaqların və qadının taleyindən çox narahatıq, çünki indiyə qədər onların harda olması barədə məlumat yoxdur”.

Qadının qoşulub qaçdığı şəxsin polis əməkdaşı olmasına gəlincə DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məsələnin araşdırıldığını bildirib:
"Qadının anası izahat verib və qızının ər evində xoşbəxt olmadığını, sevdiyi şəxslə ailə qurmaq üçün getdiyini bildirib. Bu adam istənilən peşənini sahibi ola bilər. Bəzi məlumatlar yayılır ki, güya o, keçmiş polis əməkdaşı olub. Amma bütün hallarda qızın valideynləri onun oğurlandığını yox, öz istəyi ilə başqa adamla getdiyini bildirirlər. Qadının əri isə uşaqlarını tələb edir. Bu isə polisin yox, məhkəmənin səlahiyyətində olan məsələdir".


HİKMƏT.






Fikirlər