Muxtar Babayev Umayra Tağıyevaya yeni VƏZİFƏ VERDİ

Muxtar Babayev Umayra Tağıyevaya yeni vəzifə verdi

Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev  nazirliyin  ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyevaya yeni vəzifə verib.
Unikal.org xəbər verir ki,  U.  Tağıyeva Milli Hidrometereologiya Departamentinin direktoru təyin olunub.
Qeyd edək ki, xanım Tağıyeva 2001-ci ildə  Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra Nazirliyin Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosunun direktoru, 2007-2009-cu illərdə Milli Hidrometereologiya Departamentinin direktor müavini, sonra Hidrometereoloji Proqnozlar Bürosunun direktoru vəzifəsində çalışıb. 
Xəbəri  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər. 






Fikirlər