DÜNYANI ƏN VARLI İNSANI BOŞANMAQ qərarını elan etdi

Dünyanın ən varlı insanı, Amazon kompaniyasının başçısı Ceff Bezos və onun xanımı Makkenzi Tattl boşandıqlarını elan ediblər.

Kult.az xəbər verir ki, bu barədə məlumat sahibkarın Tvitter səhifəsində yerləşdirilib. “Biz istəyirik, insanlar bizim həyatımızın necə davam etdiyini bilsinlər. Uzun müddətli ehtiyatlı tədqiqatlar mərhələsindən və ayrı yaşamağı sınaqdan keçirdikdən sonra biz boşanmağı və dostcasına münasibət saxlamağı qərara aldıq”, - cütlüyün birgə bəyanatında belə deyilir.

Ceff Bezos və Makkenzi Tattl 1993-cü ildə evləniblər. Cütlüyün üç oğlu və Çindən övladlığa götürülən qızı var.

Forbes nəşri Bezosun varidatını 150 milyard dollar həcmində qiymətləndirir. 2018-ci ilin martında Amazonun başçısı dünyanın ən varlı insanlarının illik reytinqində Microsoftun yaradıcısı Bill Qeytsi qabaqlayaraq birinci pilləyə yüksəlib. Sentyabrda Amazon kapitalı bir trilyon dolları ötən Apple kompaniyasından sonra ikinci olub.






Fikirlər