ELDAR ƏZİZOV BAŞ DİREKTORU İŞDƏN ÇIXARDI – Şiddətli töhmət vermişdi...

 

eldar-azizov

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov baş direktoru işdən çıxarıb.

  Belə ki, Eldar Əzizovun müvafiq əmri ilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov vəzifəsindən azad edilib.

"AzerTaym.az" bildirir ki,xəbəri Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə ay öncə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət vermişdi.

1440837779_a97300d0f877

 






Fikirlər