SON DƏQİQƏ! Ərdoğanla Putin Ukrayna-Rusiya məsələsini MÜZAKİRƏ etdi...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Musavat.com "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.

Söhbət zamanı Rusiya-Ukrayna məsələsi müzakirə olunub.

Ərdoğan Putinlə regional məsələlərdə dialoqa hər zaman böyük əhəmiyyət verdiyini, bunun müsbət nəticələrini gördüklərini və anlaşmanı davam etdirmək əzmində olduğunu bildirib.

Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı atılan addımları tanımadıqlarını və bunun prinsipial bir mövqe olduğunu deyən Türkiyə lideri Minsk razılaşmaları əsasında bir nəticəyə gəlməyin vacibliyini qeyd edib.

Hərbi qarşıdurmanın heç kimə fayda verməyəcəyini vurğulayan Ərdoğan bəyan edib ki, Türkiyə gərginliyin azaldılması və sülhün qorunması üçün üzərinə düşəni etməyə hazırdır.






Fikirlər