Kişilərin nəsli tükənə bilər ...
Kişilərin nəsli tükənə bilər. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə "BBC Science Focus"da məqalə yayımlanıb. Qeyd edilir ki, Y xromosomu kişilərdə cinsiyyətin müəyyənləşməsində rol oynayır, lakin təkamül prosesi nəticəsində bu xromosomun get-gedə balacalaşdığı və genetik materialının böyük bir hissəsini itirdiyi aşkar edilib. Üstəlik, bu vəziyyətin potensial olaraq yeni bir cinsiyyət geninin ortaya çıxmasına səbəb olacağı da iddia edilir. Y xromosomu niyə yoxa çıxır? "BBC Science Focus"a danışan Trobe Molekulyar Elm İnstitutunun professosu Ceni Qreyvs vəziyyətlə bağlı danışarkən deyib: Kişilərin nə qədər vaxtı qalıb? "Təkamül baxımından danışıram. Cinsiyyət xromosomları məməlilərdə təqribən 180 milyon il əvvəl təkamül prosesindən keçib. Y xromosomunun bu səviyyəyə qədər aşınması bu qədər uzun davam edib. İnsanlarda isə təqribi hesabla tamamilə yox olana qədər 6 və ya 7 milyon il vaxt var" - Ceni Qreyvs əlavə edib. Bildirilir ki, təkamül prosesi və genetik adaptasiyalar sayəsində insan növünün bu dəyişikliklərə uyğunlaşma potensialı da var.
Yaxın dövrlərdə aparılan araşdırmalar göstərir ki, Y xromosomunun bir gün tamamilə yoxa çıxacağı barədə nəzəriyyələr var.
"Y xromosomunda sadəcə 45 gen var və sizi kişi edən bunlardan sadəcə biridir. İnsan Y xromosomu bir vaxtlar X xromosomu qədər gen daşıyırdı. Ancaq son 166 milyon ildə bunları itirib. Nəticədə bu gün Y çoxu bir-birini təkrarlayanzibil DNT-lərdən ibarətdir".
Nəşr yazır ki, bu genetik itkinin əsas səbəbi Y xoromosomunun digər xromosomlarla rekombinasiya etməməsidir. Bu rekombinasiya genlərin qarışaraq zərərli mutasiyaların aradan qaldırılmasını təmin edir.
Y xromosomu bu prosesdən keçmədiyindən zamanla genetik materialını itirib.
Professos Ceni Qreyvs isə bu itkinin səbəbinin Y xromosomunun yumurtalıqda yox, testisdə olması ilə əlaqələndirir.
O, insan Y xromosomunun orijinal halı ilə müqayisə edildikdə genlərinin 97%-ni itirdiyini deyir. Mütəxəssis bildrib ki, X xromosomu isə nisbətən toxunulmamış vəziyyətdədir.
Qeyd edilir ki, nəticədə Y xromosomunun itkisi insanlıq üçün ciddi problemlərə səbəb ola bilər. Lakin 5 milyon il sonranı düşünəndə ölümsüzlüyün sirri tapılmadıqca narahat olmağa ehtiyac yoxdur.