Türkiyə XİN-dən 20 Yanvarla bağlı paylaşım...
Türkiyə Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib. “AzerTaym.az” xəbər verir ki, paylaşımda deyilir: “20 Yanvar 1990-cı ildə müstəqillik uğrunda şəhid olan qardaş Azərbaycanın qəhrəmanlarını sayğı və rəhmətlə anırıq”.