ƏRDOĞAN müxalif siyasətçini vitse-prezident təyin edib?
İYİ Partiyasının keçmiş sədri Meral Akşenerin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kabinetdə yer alacağı və vitse-prezident olacağı iddia edilir. Nəşrin yazdığına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif “İYİ” partiyasının keçmiş lideri Meral Akşeneri vitse-prezident təyin edib.
AzerTaym.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə "Cumhuriyyət" nəşri yazıb.
“Cümhuriyyət”in jurnalisti Erdal Saklamın sözlərinə görə, Akşenerin təyinatı artıq təsdiqlənib. Bununla da prezident Ərdoğanın kabinetində vitse-prezidentlərin sayı ikiyə qalxıb.
Məsələ ilə bağlı "Euronews"a açıqlama verən Akşenerin sözçüsü səslənən iddiaları təkzib edərək bunları deyib:
"Mən heç demirəm ki, onun vitse-prezident olacağı ilə bağlı deyilənlər yalandır, tamamilə yalandır. O, aktiv siyasətdən uzaqlaşıb".
Eyni zamanda bildirilib ki, Akşenerin gələcək üçün heç bir siyasi planları yoxdur.