ƏTİN QİYMƏTİ YENİDƏN BAHALAŞIB – Ekspert səbəbləri və gözləntiləri açıqladı + VİDEO

Son zamanlar paytaxtda ətin qiymətində artım müşahidə olunur. Məlumata görə, əvvəlki aylarla müqayisədə mal ətinin qiyməti 1 manat, quzu ətinin qiyməti isə 2 manat artıb. Qeyd edək ki, mal ətinin qiyməti əvvəllər 15 manat idisə, indi 16 manata yüksəlib. Quzu ətinin qiyməti isə hazırda 20-24 manat arasında dəyişir. 

Bölgələrdə ətin qiyməti adətən paytaxta nisbətən daha ucuz olsa da, son illərdə bu fərq azalıb. Son aylar bölgələrdə də ətin qiymətində artımı müşahidə edilir. Burada qiymət artımı təxminən 50 qəpik civarındadır.

 

 

İlkin məlumata görə, qiymət artımının əsas səbəbi heyvan qıtlığıyla bağlıdır. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il yanvar ayının 1-nə ölkədə iribuynuzlu heyvanların sayı 2 milyon 502,4 min baş, xırdabuynuzlu heyvanların sayı isə 7 milyon 81,6 min baş təşkil edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayında 4,4% (115 min 635 baş), xırdabuynuzlu heyvanların sayında isə 8,6% (670 min baş) azalma deməkdir. Son on ildə isə iribuynuzlu heyvanların sayı 189,8 min baş, xırdabuynuzlu heyvanların sayı isə 1 milyon 584,8 min baş azalıb.

 

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “AzPolitika”-yşərhində bildirib ki, ölkədə ətin qiymətinin bahalaşmasının bir neçə səbəbi var: Birincisi, ölkədə pandemiyadan, Rusiya-Ukrayna müharibəsindən sonra inflyasiyanın sürətləndiyi müşahidə olunur. Qiymət səviyyəsinin artması, pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi bütün sahələrdə olduğu kimi, ətin də qiymətinin bahalaşmasına səbəb olub. İkincisi, ət istehsalçılarının xərcləri artıb. İndi ətin bir kiloqramının maya dəyəri əvvəlki illərlə müqayisədə daha baha başa gəlir və proses hazırda da davam edir. Üçüncüsü, intensiv təsərrüfatlarda istifadə olunan heyvan yeminin bahalaşmasını görürük. Bilirsiniz ki, bu yemlər ölkəmizə xaricdən idxal olunur. Digər bir məqamı da qeyd edək ki, intensiv təsərrüfatlarla yanaşı, fərdi ev təsərrüfatlarında da xərclər artıb. Buradakı məqam isə ot bağlamalarının bahalaşmasıdır. Eyni zamanda biz həm də getdikcə ölkədə heyvandarlıq üçün boş sahələrin həcminin azaldığını müşahidə edirik”.

X. Kərimli qeyd edir ki, həm ümumi qiymət səviyyəsi, həm də maya dəyərinin artması, eləcə də ölkədə saxlanan heyvanların sayında azalma qiymətlərin artmasına təsir göstərir.

“2016-2017-ci ildə ölkədə 8,7 milyon xırdabuynuzlu heyvan var idisə, 2024-cü ildə bu rəqəm 7,7-, 7,8 milyona bərabərdir. İribuynuzlu heyvanarın sayında da azalma var. Son 10 ildə iribynuzluların sayı 5 faiz azalıb.Əhalinin artması fonunda saxlanan heyvanların sayının azalması qiymət artımına təkan verir. Ətin qiymətinin bahalaşmasına baxmayaraq, kəsilən ətin həcminin artması onu gösətiri ki, istehlak azalmayıb. Buna görə də xərclərin artması, saxlanan heyvanlarn sayının azalması, təlabatın yüksək olması səbəbindən ətin qiymətinin bundan sonra da aratacağını gözləmək olar. Burada hökumətin edəcəyi xüsusi bir məsələ yoxdur. Sadəcə ümid edək ki, Qarabağ və Şərqi Zəngəzurun azad olunmaıs ilə heyvandarlıq sahəsində inkişaf canlanacaq, saxlanan heyvanlarının sayının çoxalması qiyməti aşağı sala biər”,- deyə iqtisadçı bildirib.

Qeyd edək ki, 2023-cü il ilə müqayisədə 2024-cü ildə Azərbaycanda ət istehlakında artım müşahidə olunub. Əgər 2023-cü ildə adambaşına illik ət istehlakı təxminən 43,5 kiloqram olubsa, 2024-cü ildə bu göstərici 45 kiloqram civarında olub.

 

 

 






Fikirlər