QƏZADA ÖLƏN gizirlə bağlı - NAZİRLİKDƏN AÇIQLAMA

Qəzada ölən gizirlə bağlı

Müdafiə Nazirliyi qəzada həlak olan hərbçi ilə bağlı məlumat yayıb.

"Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, məzuniyyətdə olarkən öz şəxsi avtomobilində yol-nəqliyyat hadisəsi nəticəsində gizir Muradov Murad Məhəmmədəli oğlu və onunla avtomobildə olan qaynı, mülki şəxs Babayev Toğrul Zaman oğlu həlak olub.

Avtomobildə olan digər sərnişin, M.Muradovun qayınanası Babayeva Zöhrə Bəydadaş qızı ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, qəza ilə bağlı ilk xəbər yayılanda ölən hər iki şəxsin hərbçi olduğu deyilirdi.






Fikirlər