Koronavirusla bağlı rəqəmlər dəyişir - VİDEO

Koronavirusla bağlı rəqəmlər dəyişir

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, dünyanın 210 ölkəsində 2 251 770 nəfər koronavirusa yoluxub. 

Onlardan sağalanların sayı 570 mini keçsə də, ölənlərin sayı 160 minə yaxınlaşır. Azərbaycanda isə 797 aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Xəstələrdən 26-nın vəziyyəti ağır, 35-nin orta ağır, digərlərinin isə stabildir. İndiyə kimi 15 nəfər virus səbəbindən həyatını itirib, 404 nəfər sağalaraq evinə geri dönüb. 

ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə 609 min aktiv xəstə var. Artıq İspaniya da koronavirusa yoluxma sayına görə İtaliya və Çini qabaqlayıb. Ölkədə indiyə kimi 190 min yoluxma halı qeydə alınıb. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 22 mini ötüb. 

Qonşu Türkiyədə yoluxma sayı artıq 80 minə yaxınlaşır. İranda koronavirusdan sağalanların sayı aktiv xəstə sayından xeyli çoxdur. Ölkədə 54 min sağalmış, 20 min aktiv xəstə var. 

“Qafqazinfo” qlobal pandemiya adlandırılan koronavirusun hazırda dünyada və ölkəmizdə yayılma sürəti ilə bağlı videoçarx hazırlayıb. Sözügedən videoçarxı təqdim edirik: 

 






Fikirlər