Azərbaycanda koronavirusla bağlı günün SON STATISTIKASI

Reanimasiyada olan xəstələrin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 20-nə olan statistik göstəriciləri açıqlayıb.

"AzerTaym.az" bildirir ki, məlumata əsasən hazırda ölkədə 8037 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 344 nəfər reanimasiyada, 58 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 27 890 nəfər virusa yoluxub, 19 440 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 6817 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 634 698 test aparılıb.

Qeyd edək ki, bu gün 369 koronavirusa yoluxma faktı qeydə alınıb, 9 nəfər dünyasını dəyişib, 523 nəfər sağalıb.






Fikirlər