DTX-dan NAXÇIVANDA NÖVBƏTİ ƏMƏLİYYAT... - Saxlanılanlar var + FOTO (Yenilənib)

Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında araşdırmaya başlaması barədə məlumatlar yayılıb.

Bu barədə “Ovqat.com” saytının baş redaktoru Heydər Oğuz məlumat yayıb

Bildirilib ki, dövlət xəstəxanasının baş həkimi Zəbur Bağırov, qəbul şöbəsinin müdiri Ramidə Bağırova və baş həkimin müalicə işləri üzrə müavini Ramazan Abbasov DTX-nin Naxçıvan Baş İdarəsinə aparılıb.

Onların maliyyə yoxlamaları ilə bağlı saxlanıldığı qeyd edilib.

Məlumatda bildirilir ki, baş həkimin müavini Ramazan Abbasov yayda keçirilən attestasiya imtahanlarından 60 keçid balından cəmi 11 bal toplayıb. Həmin imtahanlrda iştirak edən baş həkimin icbari tibbi siğorta və ekspertiza üzrə müavini Türkan İsmayılova və bu gün saxlanıldığı bildirilən xəstəxananın Həmkarlar İttifaqının sədri və qəbul şöbəsinin müdiri Ramidə Bağırova da yetərli bal toplaya bilməyiblər. 

 

Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının bəzi həkimlərinin diplomlarının saxta olduğuna dair də iddialar var.






Fikirlər