Avtomobillərin cərimə MEYDANÇASINDA saxlanma qiyməti dəyişdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin saxlanması qiymətləri dəyişib. 

 ANS PRESS-in məlumatına görə, Tarif (qiymət) Şurasının qərarına əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin 1 gün üçün saxlanması xidmətlərinin tarifləri nəqliyyat vasitəsinin çəkisi 3,5 tonadək olduqda 1 manat, 3,5 tondan 10 tonadək olduqda 2 manat, 10 tondan artıq olduqda isə 3 manat müəyyən edilib.

 

Cərimə meydançalarında nəqliyyat vasitələrinin saxlanması qiyməti
Cərimə meydançalarında nəqliyyat vasitələrinin saxlanması qiyməti

Tarif (qiymət) Şurasının iclasında həmçinin hava nəqliyyatı ilə Gəncə-Naxçıvan reysi üzrə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 60 manat səviyyəsində təsdiq edilib. Yeni tariflər  bu gündən qüvvəyə minir.

AzerTaym.az






Fikirlər