Bəy toyda 344 MİN dollarlıq maşını divara vurdu - VİDEO - FOTO

Osman Əli və Səkinə Pərvinin toyları peşmanlıqla başa çatıb. Təzə bəy iki günlük icarəyə götürdüyü Ferrari 458 Spider avtomobilini divara çırparaq xurd-xəşil edib.

AzerTaym.az Milli.Az-a istinadən bildirir ki, 344 min dollarlıq ağ rəngli superlüks avtomobilin qəzasında yaralanan olmayıb.
25 yaşlı Osman Əli əzilmiş maşından sağ-salamat çıxıb. Qəzanın səbəbi Osmanın atvomobili çox yüksək sürətlə idarə etməsi olub. O, yolayrıcında dönərkən qarşısında "qəflətən" divar görüb, əyləc əvəzinə sürət pedalına basıb və maşın sürətlə divara dəyib.
Hadisə İngiltərənin Lankaşir qraflığındakı Bernli şəhərində yaşanıb.
Atasına məxsus avtomobil təmiri emalatxanasında çilingər işləyən Osman Əlinin dediyinə görə, lovğalıq ona baha başa gəlib: "Toyumun dəbdəbəli olmasını istəyirdim və buna görə də iki günlüyə Ferrari-ni icarəyə götürdüm. İndi nə edəcəyimizi bilmirəm. Qəzaya görə çox pul ödəməliyik".
Osman Əlinin atasının dediyinə görə, onlar Ferrari-nin iki sutkalıq icarəsinə 30 min dollar ödəyiblər. Üstəlik, ən azı 70 min dollar təmirə verilməlidir.
Ferrari 458 Spider avtomobili Əli ailəsinin yaşadığı evdən 5 dəfə bahalıdır.
Üstəlik, Osman Əli maşını dostu Əli Məhəmməd Nəvazın ailəsinin yaşadığı evin divarına çırpıb.
Qəzaya uğramış avtomobil sosial şəbəkələrdə "Lord Aleem" kimi tanınan Alim İqbalın atasının "Platinum Executive Travel" şirkətinə məxsusdur.
 

AzerTaym.az

Videonu izləmək üçün şəklə klikləyin:

Bəy toyda 344 min dollarlıq maşını divara vurdu

Məqaləyə dair fotomateriallar:






Fikirlər