Sabirabadın icra başçısının oğlu 200 MİNLİK maşın alıb? — FOTO
İcra başçısı bu və digər yollarla topladığı milyonları özünün və ailəsinin lüks həyatına sərf edir Ölkəmizdə dəbdəbəli həyat tərzi sürən məmurlarından biri də Sabirabadın icra başçısı Nazim İsmayılov və ailə üzvləridir. 2001-ci ildən Göyçay, Şamaxı və Sabirabad rayonlarına başçılıq edən 64 yaşlı icra başçısı bu və digər yollarla topladığı milyonları özünün və ailəsinin lüks həyatına sərf edir. Bakıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri olan Nazim İsmayılov bununla kifayətlənməyərək doğulduğu Göyçay rayonunda, şəhərin Gənclər Mərkəzinin arxasında oğlu üçün dəbdəbəli villa tikdirməyə başlayıb. Böyük bir ərazini əhatə edən villanın artıq bünövrəsi qoylub. İddia edilir ki, icra başçısı inşaat işlərini aparan ustalara bu villanı oğlu Anar İsmayılov üçün tikdirdiyini bildirib. Hələ tikintisi gedən imarətdə aparılan işlərdən görünür ki, burda dəbdəbəli və böyük bir saray inşaa olunacaq. Qeyd edək ki, Göyçayda fəaliyyət göstərən “Çınar” mehmanxanası, “Çınar” şadlıq evi və ətrafındakı obyektlərlə məhz icra başçısının oğlu Anar İsmayılova məxsusdur. Anar İsmayılov “Facebook” hesabında avtomobil alması ilə bağlı məlumat yayıb. Təxminən 7 ay öncədə Anar İsmayılovun özünə məxsusu “Lexsus” avtomobilini satışa çıxarması ilə bağlı mətbuatda xəbərlər yer almışdı. Həmin vaxta fakt qarşısında qalan Nazim İsmayılov və oğlu bu xəbəri susqunluqla qarşılamışdılar.
Anar İsmayılovun satdığı avtomobil (36 minə satışa qoyulmuşdu) İndi isə özünün Anar İsmayılov profilində Turbo.az saytına istinadən son model “Lexsus LX 570” markalı avtomobilin şəklini paylaşıb. İcra başçısının oğlu paylaşdığı şəklin altından isə “maşındı” şərhini yazıb. Daha sonra profil yoldaşlarından biri “Anar yakışır sana alınca haber ver havaalanından bununla gel al beni” sulına Anar İsmayılov “Almışam” şərhi ilə cavab verib.
Aparılan araşdırmalar zamanı bəlli olub ki, icra başçısının oğlu yaxın günlərdə “Lexsus LX 570” markalı avtomobil alıb. Bu markanın qiyməti Azərbaycanda 145-150 mindir. Məlumdur ki, əksər məmmur övladları öz “oyuncaq”larını xaricdən sifarişlə gətizdirir. Bu zaman isə avtomobillərinə müəyyən detalların artırılmasını sifariş edirlər ki, bu da qiymətin artmasına təsir göstərir. Məlumata görə, Anar İsmayılov da yeni avtomobilinə müəyyən detalların artırılmasını sifariş verib və maşın ona təxminən 200 minə başa gəlib.
Bütün bunlardan sonra ortaya bir sual çıxır: icra başçısı 1500-2000 manatlıq gəlirlə milyonlarla manat dəyəri olan villaları, 200 min dollarlıq avtomobilləri necə alır? Əslində bu sualın cavabını hamımız bilirik. Prezident İlham Əliyev məmurlara dəfələrlə özlərinin, ailə üzvlərinin həyatına diqqət yetirməyi, həddlərini aşmamağı tapşırıb. Təəssüf ki, bu xəbərdarlıqlara bəzi məmurlar hələ də məhəl qoymur. Namiz İsmayılovun başçılıq etdiyi Sabirabad rayonun kifayət qədər sosial-iqtisadi problemləri var, əhalinin əksəriyyəti ehtiyac içində yaşayır. İcra başçısı isə oğluna milyonluq villa tikdirir, 200 min dollarlıq maşın alır…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… (pia.az)