Yol polisindən sürücülərə XƏBƏRDARLIQ: “Məscidlərin ətrafında...”
Oktyabrın 12-də Azərbaycanda qeyd olunacaq Aşura mərasimləri ilə əlaqədar Bakı şəhərində məcsidlərin yerləşdiyi ərazilərə bitişik küçə və yollarda nəqliyyat vasitələrinin hərəkətinə nəzarət gücləndiriləcək. Bu haqda Modern.az-a məlumat verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov sürücülərə müraciət edib: “Sürücüləri diqqətli olmağa çağırırıq. Tövsiyə edirik ki, mümkün qədər şəxsi avtomobillərdən imtina etsinlər. Məscidlərin ətrafında avtomobillərin park edilməsinin mümkünsüzlüyünü nəzərə alıb, tıxacların yaranmaması üçün ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər”.