12.05.2014. - "Hamını yandırır" Azərbaycanlı müğənni 250 minlik avtomobilindən danışdı

12.05.2014. - "Hamını yandırır" Azərbaycanlı müğənni 250 minlik avtomobilindən danışdıMüğənni Orxan Babazadənin 250 minlik avtomobil alması ilə bağlı xəbər vermişdik.
Bu hərəkəti ilə qınaq obyektinə çevrilən sənətçi onu tənqid edənlərə cavab verib:

“Mən müğənniliklə yanaşı, həm də iş adamıyam. Belə bahalı maşın sürməyim normaldır. Şou-biznesdə məndən də baha qiymətə avtomobil alan müğənnilər var. Onların maşını müzakirə olunmur. Mənimki hamını yandırır. Avtomobilimi əlavə biznesimdən gələn pulla almışam, oxumaqla yox. Bu gün vergiyə borcu olmayan müğənnilərdənəm. Vergiləri vaxtında ödəyirəm”.

Qeyd edək ki, sənətçinin 250 minlik “Range Rover” markalı avtomobili "Vogue 2014" modelidir və ifaçı onu xaricdən sifariş edib
.






Fikirlər