Bankların kredit verməməsi maşın bazarını “öldürüb” — VİDEO
İşlənmiş avtomobil bazarında durğunluq yaşanır. Səbəb avtosalonlarda ikinci əl avtomobillərin kreditlə satışının dayandırılmasıdır. Salon sahiblərinin sözlərinə görə, bir ildən çoxdur ki, bankların işlənmiş avtomobillər üçün kredit ayırmaması onların işlərinə mənfi təsir edib.
Satıcılar deyirlər ki, salonlara müraciət edənlərin əksəriyyəti işlənmiş avtomobilləri məhz kreditlə almaq istəyənlərdir.
Bank eksperti Anar Ramazanovun sözlərinə görə, bankların avtomobil kreditini dayandırması qanuna ziddir. Çünki bununla bağlı heç bir dövlət orqanının qərarı yoxdur.
AzerTaym.az xezerxeber-in mövzu ilə bağlı videomaterialını təqdim edir: