Səfirliyin maşını Bakıda belə qayda pozdu - FOTOLAR

“Səfirliyin maşını Bakıda belə qayda pozdu - Fotolar

Bu gün səhər saat 11:33 radələrində Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində Rusiyanın ölkəmizdəki səfirliyinin əməkdaşı yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

"AzerTaym.az" avtosfer.az-a istinadən xəbər verir ki, səfirliyə məxsus “004 T 015” dövlət nömrə nişanlı avtomobil Neftçi Qurban küçəsində dayanma-durmanın qadağan olunduğu ərazidə park edilib. Düzdür, burada başqa avtomobillər də qayda pozaraq park edilib. Lakin onlar, heç olmasa, nəqliyyat vasitələrini səkiyə paralel saxlayaraq yolu kəsməyiblər. Səfirliyə məxsus olan bu iri avtomobil isə səkiyə perpendikulyar şəkildə saxlanılıb.

Fotolardan da göründüyü kimi, yolun əks tərəfində avtobus dayanacağı var. Səfirlik avtomobilinin bu şəkildə dayanması və dayanacaqda avtobusun olması nəticəsində yolda hərəkət məhdudlaşıb.

Görünür, səfirlik əməkdaşı olan sürücü avtomobilin üzərindəki qırmızı nömrənin toxunulmazlığından sui-istifadə edib. Bu, hələ səfirliyin texniki işçilərinin avtomobilidir.

Saytın apardığı kiçik araşdırma nəticəsində məlum olub ki, fotoda gördüyünüz bu avtomobilin 21 MMX protokolu var.

Səfirliyin maşını Bakıda belə qayda pozdu - Fotolar
Səfirliyin maşını Bakıda belə qayda pozdu - Fotolar






Fikirlər