Azərbaycanda şirkət maşını ağır qəzaya düşdü - 11 yaralı+ADLAR
Cəlilabad rayonunda ağır yol qəzası baş verib. “AzerTaym.az” Lent.az-a istinadən xəbər verir ki, rayonun Uzuntəpə kəndində H 018 490 dövlət qeydiyyat nişanlı "Toyota" ilə "Ford Tranzit" markalı, 20 CV 552 nömrə nişanlı mikroavtobus toqquşub. Nəticədə xəsarət alan 11 nəfər xəstəxanaya aparılıb. Qəzaya düşən "Toyota Hilux" markalı pikap Azərbaycanda yol tikintisi ilə məşğul olan Türkiyənin "Kolin" şirkətinə məxsusdur və qəzada şirkətin 6 əməkdaşı yaralanıb. Onlar Hacıqabul, Kürdəmir, Bərdə və Saatlı rayon sakinidir. "Ford Tranzit" markalı mikroavtobus isə Cəlilabad rayon sakini, 59 yaşlı Nazir Səbzəliyevə məxsus olub. Xəsarət alan şəxslər aşağıdakılardır: 1977-ci il təvəllüdlü Məmmədov Qurban Barış oğlu 1961-ci il təvəllüdlü Səmədov Əli Daxil oğlu 1994-cü il təvəllüdlü Tağızadə Rəmiş Bəkir oğlu 1988-ci il təvəllüdlü Salmanov Xasay Xansuvar oğlu 1972-ci il təvəllüdlü Poladov İsmayıl Qulu oğlu 1959-cu il təvəllüdlü Məmmədəliyev İbad İbad oğlu 1981-ci il təvəllüdlü Abdurrəhmanov Seyran Salman oğlu 1982-ci il təvəllüdlü Abbasov Rəşad Hüseyn oğlu 1986-cı il təvəllüdlü Talıbov Laçın Fərahim oğlu 1958-ci il təvəllüdlü Səbzəliyev Nazir Xanvəli oğlu 1982-ci il təvəllüdlü Səlimov Bəhruz Məhəmmədəli oğlu