Sarı zolağa düşən sürücülərə 40 min manatdan çox CƏRİMƏ KƏSİLİB

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi “Oyun zolaqları”ındakı qadağa bu gün saat 12:00-dan etibarən ləğv edilir.

Bu haqda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin  İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Polis polkovniki deyib ki, bu sata qədər sarı zolağa daxil olan mindən çox sürücüyə elektron protokol yazılıb:

“Qadağa mayın 25-nə qədər nəzərdə tutulsa da, bu gün ləğv edilir”.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxt yollarına çəkilmiş xüsusi sarı zolaqlara digər nəqliyyat vasitələrinin girişi qadağan idi.

May ayının 5-dən tətbiq olunan qadağaya əsasən, zolaqlara yalnız IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş nəqliyyat vasitələri daxil ola bilər. Bu zolaqlara icazəsiz daxil olan nəqliyyat vasitələri 40 manat məbləğində cərimə edilib.

AzerTaym.az

 






Fikirlər