23.09.2014- Radardan bezən sürücülərə şad xəbər - ƏLAC TAPILDI!
Hyundai Şirkəti yollarda quraşdırılmış radarları aldatmağın yeni üsulunu tapıb.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, yeni sistem hələlik Genesis sedanında quraşdırılıb və şəhərdəki radarların yerləşmə xəritəsini yoxlayacaq.
Əgər maşın radarın olduğu nöqtəyə yaxınlaşarsa, avtomobilin beyni bunu dərhal fikse edib sürücüyə siqnalla xəbər verəcək. Sürücü yenə də əvvəlki sürətlə hərəkətə davam etsə, avtomobilin beyni sürəti avtomatik olaraq özü azaldacaq.
Bu yeniliyi qanuna zidd sayanlar da var. Ancaq Hyundai şirkəti öz layihəsini müdafiə edir və onu əsas gətirir ki, istənilən halda sürücü və ya avtomobil özü sürəti azaldır, bu da qəza risqlərini aşağı salmış olur.