Yol polisi video yayanları CƏRİMƏLƏDİ: Müğənnilərə isə MÜRACİƏT ETDİ

Avtomobil idarə edərkən videoya çəkərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan məşhurlarla yanaşı adi sürücülərə də rast gəlinir.
Onlar sözügedən videoroliki sosial şəbəkələrdə və xüsusən yotube səhifəsində yerləşdirir. Bu cür hallara son vaxtlar dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da rast gəlinir. Misal üçün, bir müddət əvvəl Ukraynada 16 yaşlı Sofia Maqerko və 24 yaşlı Daşa Medvedeva adlı iki rəfiqə içkili halda sürətlə avtomoil idarə ediblər. BMW markalı avtomobil işıq dirəyinə çırpılıb və rəfiqələrin hər ikisi dünyasını dəyişib. Gənc qızlar həyatlarının son anlarını kameraya çəkiblər. Maqerkonun izləyiciləri canlı yayım zamanı ekranın birdən qaraldığını görüblər.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Unikal.org-a bildirib ki, bu ilin ötən dövrü ərzində sosial şəbəkədə video paylaşıb yol hərəkətini kobud şəkildə pozan 20-ə yaxın sürücü müəyyənləşərək cərimələnib: 
"Bunlar arasında tanınmış şəxslərlə yanaşı, adi sürücülər də var. Qeyd etdiyimiz tələbləri pozan sürücülər inzibati qaydada məhsuliyyətə cəlb edilə bilər. Sükan arxasında təhlükəli hərəkət edilirsə, bu inzibati xəta tərkibi yaradır. Sükan arxasında mobil telfonla danışmaq, diqqəti yayındıra biləcək hərəkətlər etmək yolverilməzdir”
Vaqif Əsədova avtomobildə klip çəkən müğənnilərə də müraciət edib:"Mən xüsusilə son zamanlar hərəkət edə-edə müxtəlif xətalara yol verən, klip çəkən hörmətli, tanınmış şəxslərə müraciət edirəm. Bu kliplər yol-hərəkəti qanununun tələblərinə uyğun olaraq həyata keçirilməlidir.
Əgər müğənni mahnı oxuya-oxuya avtomobildə gedirsə, mütləq təhlükəsizlik kəmərini bağlamalıdır. Yaxud sükan arxasında olarkən diqqəti yayındıra biləcək hərəkət edərək klipə çəkilib nümayiş etdirirsə, bu inzibati xəta tərkibi yaradır. Ən azı Avropa ölkələrində olduğu kimi bizdə də belə kliplər çəkilərkən təhlükəsizlik təmin edilməsi ilə bağlı təbliğat işlərinin aparılmasına önəm verməli və bu tələblər düzgün yerinə yetirilməlidir.

  

 

 
 






Fikirlər