Nömrəsiz avtobuslarla sərnişin daşınır - VİDEO

Son vaxtlar üzərində heç bir nömrə olmayan mikroavtobuslarla paytaxt daxilində sərnişindaşıma ilə məşğul olanların sayı artıb.

AzerTaym.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, üzərində heç bir marşrut nömrəsi olmasa da, sərnişindaşımada istifadə edilir. Həmin avtobuslarla hər gün metronun "Koroğlu" stansiyası yaxınlığından sərnişinlər daşınır.
Eyni mənzərəni metronun ''Əhmədli'' stansiyasının yaxınlığında da görmək olar.
"Əhmədli" metrostansiyasından isə "Xəzər Əhmədli" adlandırılan əraziyə sərnişin daşınır.
Avtobus sürücüləri isə iddia edirlər ki, onlar "Xəzər Əhmədli" sakinlərinin razılığı ilə taksi kimi xidmət göstərirlər. Məhz buna görə də avtobusların üzərində marşrut nömrəsi yoxdur. Üstəlik, avtobuslar ayrı-ayrı şəxsilərə məxsusdur.
Sərnişilərin özləri də mikroavtobusların onların razılığı ilə xidmət göstərdiklərini təsdiqləyirlər.
Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, sərnişin oturacaqlarının sayı maksimum 8 olan avtomobillər taksi xidməti göstərə bilər. Oturacaqların sayı bu rəqəmdən artıqdırsa, belə fəaliyyət qanunsuzdur. Elə bizim lentə aldığımız kadrlardakı avtobuslar da qanunsuz fəaliyyət növünə daxildir.
Agentlikdən bu faktın araşdırılacağı və müvafiq tədbirin görüləcəyi bildirildi. Agentlik, həmçinin sərnişinlərə tövsiyyə edir ki, təhlükəsizliklərini nəzərə alaraq bu cür xidmət göstərən avtobuslara minməsinlər.
Ekspertlər xoşagəlməz halların baş verməməsi üçün sürücüləri qaydalara əməl etməyə çağırır.
 
   
 






Fikirlər