Azərbaycanda gediş haqqı 10 QƏPİK DƏ ARTDI

Azərbaycanda GEDİŞ HAQQI 10 QƏPİK DƏ ARTDI

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Naxçıvanın şəhərdaxili marşrutlarında gediş haqqı artırılaraq 30 qəpik olub.

"Qaynarinfo"ya daxil olan məlumata görə, bu sakinlər arasında narazılığa səbəb olub. Belə ki, marşrutların birində sərnişinlər qiymət barəsində sürücü ilə mübahisə edib və qiymət artımına görə narazılıqlarını bildiriblər. Mənbənin bildirdiyinə görə, kəndlərə gedən marşrutlarda da gediş haqqı 10 qəpik artırılıb.
"Bəs deyirdiniz benzinin qiymətinin artırılması gediş haqlarına təsir etməyəcək? Belə çıxır ki, Azərbaycan təkcə Bakıdan ibarətdir", - deyə şəhər sakini deyib.
Qeyd edək ki, bir müddət öncə bununla bağlı sərnişinlərə xəbərdarlıq edilib və Naxçıvan şəhərdaxili marşrutlarında 18 iyul 2017-ci il tarixdən hər bir sərnişin üçün gediş haqqının 30 qəpik olacağı bildirilib.

Azərbaycanda GEDİŞ HAQQI 10 QƏPİK DƏ ARTDI
Azərbaycanda GEDİŞ HAQQI 10 QƏPİK DƏ ARTDI

 






Fikirlər