Nazirlik: avtobuslarda gediş haqları artmayacaq

Bu barədə bu gün "Trend"-ə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, təkcə avtomobillərin texniki müayinəsindən çıxarılan və yanacağın dəyərinə daxil edilən yol vergisinin tutulması mexanizmi dəyişib.
Həmçinin nazirlikdən qeyd ediblər ki, Tarif (qiymət) Şurasına heç bir müraciət daxil olmayıb.