Benzinin qiyməti yenidən bahalaşmayacaq
Azərbaycanda benzinin və digər yanacağın qiymətinin yenidən artacağı gözlənilmir.
Azertaym.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Tarif Şurası məlumat verib.
“Ölkədə benzin və digər yanacağın qiyməti ötən ilin dekabr ayında qalxıb. Şuraya benzin və yanacağın qiymətinin artırılması ilə bağlı heç bir təklif gəlməyib. Bu baxımdan da hər hansı qiyməti artımı gözlənilmir”, - deyə Tarif Şurasından bildirilib.
Xatırladaq ki, Azərbaycanda benzin sonuncu dəfə Tarif Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə bahalaşıb. Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.