Azərbaycanda sürücülər hansı hallarda təhlükəsizlik kəməri TAXMAYA BİLƏR

Azərbaycanda sürücülər hansı hallarda təhlükəsizlik kəməri taxmaya bilər

Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər 40 manat cərimə olunur. Amma bunu bütün sürücülərə aid etmək olmaz.

AzerTaym.az xəbər verir ki, hüquqşunas Asif Abdullayev metbuat.az-a açıqlamasında bildirir ki, hamilə qadınlara təhlükəsizlik kəmərindən istifadə etməməyə icazə verilir: “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 6-cı hissəsində göztərilir ki, hamilə qadınlar təhlükəsizlik kəmərindən istifadə etməyə bilər. Amma hər bir halda təhlükəsizlik kəmərindən istifadə etməmək təhlükəlidir. Digər tərəfdən, hadisə baş versə hamilə qadının təhlükəsizlik kəmərindən istifadə etməsi ana bətnində olan uşağa xəsarət yetirə bilər. Bu səbəblə, hamilə qadınların avtomobildə daha ehtiyatlı olmaları lazımdır”.
Avtosfer.az əlavə olaraq bildirir ki, 12 yaşa çatmamış uşaqlar və avtomibili geriyə idarə edərkən sürücülər də təhlükəsizlik kəmərindən istifadə etməyə bilərlər. Eyni zamanda, yaşayış məntəqəsində operativ nəqliyyat vasitələrini (polis, təcili yardım, yanğınsöndürən və s.-red.)
Son vaxtlar bəzi sürücülər kəmər taxmamaq üçün müxtəlif üsullara əl atırlar. Onların bəziləri həkimlərdən saxta arayışlar alaraq “ürəyim xəstədir” deməklə kəmər taxmamaqda özlərini haqlı sayırlar. Lakin bildiririk ki, qanunvericilikdə bu cür istisna hal yoxdur. Əksinə, siz “ürək xəstəliyinə dair” sənədi yol polisi inspektoruna təqdim edərək özünüzü haqlı çıxarmağa çalışarkən haqsız duruma bilərsiniz. Çünki qanunvericiliyi yaxşı bilən inspektor ürəyi xəstə olan sürücünün sükan arxasına əyləşib nəqliyyat vasitəsinin sürməsinin təhlükəlı olması barədə yuxarı instansiyalar qarşısında məsələ qaldıraraq sizi sürücülük hüququndan məhrum edə bilər. Ən yaxşı halda isə sizi dərhal avtomobildən düşürüb nəqliyyat vasitəsini cərimə meydançasına apara bilər. Nə vaxt siz sağlam bir sürücü tapıb gətirsəniz o zaman avtomobil sizə qaytarılar...






Fikirlər