Qanunları heçə sayan “Lamborghini”nin sahibi tapıldı - FOTO
Bakıda nömrəsiz gəzən "Lamborghini"
Avtomobilin sahibi "Baku Steel Company"nın prezidenti Rasim Məmmədovdur. Avtomobilin nomrəsi də 10-AA-784-dür. Bu barədə "Azərbaycanın Kriminal Həyatı" Facebook səhifəsində məlumat yayılıb.
"Rasimin könlünə düşəndə nömrəni taxır, istəməyəndə isə nömrəsiz gəzir. Ona gözün üstə qaşın var deyən də yoxdur."
Fotolardan məlum olur ki, bu avtomobil Bakı küçələrində həm dövlət nömrə nişanı ilə, həm də nömrəsiz hərəkət edir. Avtomobili isə tez-tez Bakı Dövlət Sirkinin yaxınlığında görürlər.