Azərbaycanlıları Türkiyəyə aparan AVTOBUS yandı

Gürcüstanın Rustavi şəhəri yaxınlığında Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusunda yanğın baş verib.

AzerTaym.az APA-ya istinadən xəbər verir ki, avtobusda olan 50-yə yaxın sərnişin avtobusu vaxtında tərk edə bilib.  Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadası yanğını söndürüb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.






Fikirlər