AVTOMOBİLLƏR niyə yanır? – ARAŞDIRMA – VİDEO
Son günlər ölkə üzrə 5 minik avtomobili yanıb. Həmin avtomobillərin də hamısı hərəkət zamanı alışıb. Bakıda baş verən yanğında jiquli markalı maşın yandığı halda, bölgələrdəki analoji hadisə zamanı Avropa və Asiya istehsalı nəqliyyat vasitələri sıradan çıxıb. Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” verilişində avtomobillərin niyə yanması məsələsi ilə bağlı maraqlı sujet yayımlanıb. Ekpertlər buraxılış ili köhnə olan avtomobillərin bu riskə daha çox meyilli olduğunu deyir. Həmçinin avtomobillərə quraşdırılan əlavə cihazlar da yanğın riskini artırır. Elməddin Muradlı (Ekpert): “Amperaja diqqət etmək lazımdır. Bəzən olur ki, avtomobillərə diot və xenon işıqlar quraşdırılır. Bunlarda yanğın riskini artırır”. Məlumdur ki, yanğın birbaşa alovlanma ilə baş vermir. İlkin mərhələdə böyük ziyanın qarşısını almaq mümükündür. Amma bəzi hallarda yanğın zamanı kənardan müdaxilə faktları az deyil. Emosiyalarını cilovlaya bilən və peşəkarlıq səviyyəsi yüksək olan digər sürücülər qarşılaşdığı belə hallarda daha soyuqqanlı olur. Avtomobilin bütovlüklə əhatə edən naqillər digər ehtiyyat hissələri kimi vaxtında yoxlanmalı və dəyişdirilməlidir. Amma burada da bir nüans var. Peşəkar usta və texniki servis mərkəzləri. Asiman Əsədov (Servis rəhbəri): “Yaxşı olar ki, tanıdıqları peşəkar ustalara müraciət etsinlər. Düzgün diaqnostika vacibdir. Amma servislərdə də həm peşəkar usta var, həm də bütün avadanlıqlar”. Nəzərə almaq lazımdır ki, müassir nəqliyyat vasitlərində fövqəladə hallar zamanı mərkəzi qapanma sistemləri mövcuddur. Bu isə kiçik bir yanğın riski zamanı insan faciəsinə səbəb ola bilər. Bu kimi ağır və xoşagəlməz halları isə, heç kim yaşamaq istəməz.