Aşığın avtomobilinə yüz minlərlə pul saydılar - VİDEO
Ata yadigarıdır, satılmayacaq!
"AzerTaym.az" atv.az-a istinadən xəbər verir ki, bu Zim markalı avtomobilin düz 59 yaşı var.
Vaxtilə aşıq Pənaha məxsus olub. Aşıq bu retro avtomobili o vaxtın puluynan 55 min manata alıb. İndi avtomobili gözü kimi qoruyub saxlayan Aşıq Pənahın oğlu Taleh Pənahov deyir ki, atam saz-söz adamı olduğu üçün və diqqətini yalnız sənətə həsr etdiyi üçün avtomobili alıb amma çox idarə etməyib.
Avtomobilə gözü düşənlər, almaq istəyənlər, müqabilində yaxşı pul verənlər çox olub. Amma Taleh Pənahovun qərarı qətidir. Ata yadigarıdır, satılmayacaq.
Vaxtilə Aşıq Pənahın bu avtomobilində tanınmış şəxsiyyətlər də yol gedib. Hətta Polad Bülbüloğlu yeniyetmə vaxtlarında bu abtomobili darvazaya vurub əzib.