1 milyon dollarlıq maşın artıq Bakıda..
"AzerTaym.az" Oxu.az-a istinadən xəbər verir ki, şahidlər lüks avtomobilin fotolarını paytaxt küçələrinin birində çəkiblər.
Fotodakı qiyməti bir milyondan (dollar) çox olan “Bugatti Veyron Mansory linea vincero d'oro” avtomobilidir. Avtomobil tuninq edilib.
“Sportcar”-ın orta qiyməti 1 milyon 250 min ABŞ dollarıdır.
“Bugatti Veyron” avtomobilinin maksimal sürəti 431 km/s təşkil edir.
7993 см³ (8 litr) mühərriklə təchiz olunmuş bu modellər 1020-1040 at gücünə malikdir.
Avtomobil 100 km/s sürəti 2.5 saniyəyə yığır.
Qeyd etmək lazımdır ki, “Bugatti Veyron”-un yaranma tarixi 1999-cu ildə EB 18/3 Chiron konseptinin təqdim edildiyi Tokio avtosalonunda başlayıb. Nümunə 2001-ci ildə Cenevrə avtosalonunda ictimaiyyətə təqdim edilib. Yeni adını isə Veyron, 1939-cu ildə Bugatti avtomobilin “Le-Mana 24 saat” yarışında qələbə qazanmış fransız Pyer Veyronun şərəfinə alıb.
2005-ci ilin sentyabrında fransız şəhəri Molsaymda yerləşən zavodda ilk superkar istehsal edilib.
Ümumilikdə 450 maşın yığılıb və artıq satılıb. 2013-cü ilə qədər "Bugatti Veyron" dünyada ən sürətli seriya avtomobili idi.
Avtomobilin istehsalı artıq dayanıb.