22/09/2014- “Bentley” yeni modelini təqdim etdi - Foto

22/09/2014- “Bentley” yeni modelini təqdim etdi - FotoParis avtosalonunda Britaniya markası “Bentley”nin əsas təqdimatı sedan tipli “Mulsanne Speed” olacaq.

Paris avtosalonunda təqdim olacaq yeni “Mulsanne”nin üzərində bəzi daxili və xarici kosmetik yeniliklər aparılıb. Bu yeniliklər özünü avtomobilin texniki hissəsində də göstərir.

6,75-litrlik tvin-turbo V8 tipli mühərriklə təchiz olunan “Mulsanne” 537 at gücünə malikdir.

Yeni “Bentley” 100km/saat sürəti 4.9 saniyəyə toplayır. Avtomobilin maksimal sürəti saatda 305 km-dir.


Avtomobilin satışı bu ilin sonunda başlayacaq. Avropada “Bentley Mulsanne Speed” modelinin 315 min avrodan satışa çıxarılacağı gözlənilir.


22/09/2014- “Bentley” yeni modelini təqdim etdi - Foto
22/09/2014- “Bentley” yeni modelini təqdim etdi - Foto
22/09/2014- “Bentley” yeni modelini təqdim etdi - Foto






Fikirlər