Lentə aldığımız avtomobillər arasında “Bentley” və “Maseratti” salonlarında olan modellər yer alır. Model: “2014 Bentley - Flying Spur” Avtomobil W12 tipli mühərriklə təchiz olunub. 2 Turbolu və 6 litrlik mühərrik sayəsində yeni “Flying Spur” 625 a.g-nə malikdir. 100 km-ə sürətlənmə müddəti 4.6 saniyədir. Avtomobilin maksimal sürəti saatda 340 km-dir. Salon başdan-başa öküz dərisindən olan işləmələrlə hazırlanıb. Məlumat üçün qeyd edək ki, “Bentley” avtomobilləri İngiltərənin Kryu şəhərində istehsal edilir. Bu modelin Azərbaycan bazarında satış qiyməti 285.000 AZN-dir. Model: “Maseratti Quattroporte” Sürətlənmə (0-100) 4.7 saniyə. Yeni Quattroporte 3.8 litrlik mühərriki ilə 530 a.g-nə sahibdir. Bu modelin qiyməti 151.200 AZN-dir. “Maseratti” öz modellərini “Quattroporte”, ”GTS” və Grand Turismo Sport” variantlarında təqdim edir. Qiymətlər “GTS” modeli üçün 150.600 AZN, “Grand Turismo Sport” modeli üçün isə 143.000 AZN olaraq dəyərləndirilib.
Fikirlər