13.01.2014 - Bu da yeni Mercedes 600 - FOTO

13.01.2014  -  Bu da yeni Mercedes 600 - FOTOİnternetdə S-Class flaqman ailəsinin ən yeni nümayəndəsi Mercedes S600 modelinin təsvirləri və xüsusiyyətləri dərc edilib.
AzerTaym.az 4charx.com-a istinadən bildirir ki, "Altı yüz" S65 AMG-dan sonra sıranın V12 mühərriklə təchiz ediləcək ikinci modelidir. Mühərrikin hasilatı 530 a.g. və 830 Nm təşkil edir və 7G-Tronic Plus ötürücü qutu ilə birlikdə işləyir. Belə aqreqatlarla sedan 4,6 saniyə ərzində ilk "yüzlüyə" sürətlənir və maksimal surəti 250 km/saat həddində elektron məhdudlaşdırılıb. Mercedes S600 istisnasız olaraq uzun bazalı olacaq. Onun təchizatına uyğunlaşan asma, toqquşmaların qarşısının alınması sistemi və proyeksiya displeyi daxildir.
Ətraflı təfərrüatlar bir neçə gün sonra, Mercedes S600 rəsmən Detroyt avtosalonunda debüt etdikdən sonra məlum olacaq.






Fikirlər