2015-ci ilin Cadillac Escalade-ı belə olacaq - FOTO
Azertaym.az 4charx.com-a istinadən bildirir ki, Escalade baza komplektasiyasında işıq diod fənərləri, elektrik ötürücülü arxa qapı və 20 düymlük alüminium təkərlərlə təchiz ediləcək. Yolsuzluq avtomobili həmçinin arxa görünüş kamerasına, parketmə zamanı yardım sisteminə, asqının sərtliyinin idarə edilməsi sisteminə (Magnetic Ride Control) və mühərriki uzaqdan işə salma sisteminə (Adaptive Remote Start) malikdir.
Yolsuzluq avtomobilinin salonu dəriylə işlənib, həmçinin isidilən və soyudulan kürsülər və dəri sükan, rəqəmli cihaz paneli, CUE informasiya-əyləncə sistemi və Bose audiosistemi ilə təchiz edilib.