RAMİZ ZEYNALOV: “Avtomobili idarə edən şəxs unutmamalıdır ki, ailəsi və doğmaları onun yolunu gözləyir”

Tutduğu vəzifəsindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq sükan arxasında olan bütün sürücülərə yollarda diqqətli olmalarını tövsiyə edirəm
RAMİZ	ZEYNALOV:   “Avtomobili idarə edən şəxs unutmamalıdır ki, ailəsi və doğmaları onun yolunu gözləyir”
Azertaym.az xəbər verir ki, bu sözləri Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə bəzən yollarda əsassız olaraq polis əməkdaşlarının çox olmasından da şikayətlənirlər.

“Məlumat üçün vurğulayım ki, indiki yol polisi əməkdaşlarının sayı sovet dövründəkindən azdır. Amma avtomobillərin sayı o dövrlə müqayisədə ən azından 3-4 dəfə artıb. Demək, bu yanaşma da tamamilə yanlışdır” – deyə, R.Zeynalov bildirib.

İdarə rəisi bildirib ki, Daxili İşlər Nazirliyində, o cümlədən dövlət yol polisi xidmətində aparılan islahatlar populist xarakterli və eksperiment yönümlü deyil.

“Biz beynəlxalq təcrübədə ən yaxşı nümunəni öyrənirik. Risklərdən uzaq, çox mərhələli və uzun müddətə hesablanmış islahatlarımız hərəkətin təhlükəsizliyinin təmini kimi ən vacib vəzifəmizin öhdəsindən layiqincə gəlməyə imkan verir”.

Ramiz Zeynalov sonda sürücülərə tövziyyə edərək bildirib ki, hər bir sürücü bilməlidir ki, yol hərəkəti qaydalarına əməl etmək ilk növbədə onun öz sağlamlığına xidmət etməklə, təhlükəsizliyi üçün vacib şərtdir.

“Nəqliyyat vasitəsini idarə edən şəxs unutmamalıdır ki, evdə ailəsi, doğmaları, yaxınları səbirsizliklə onun yolunu gözləyir, özlərini diqqətsizliyin, məsuliyyətsizliyin qurbanı etməsinlər”.






Fikirlər