11.01.2014. - Lexus-dan BMW-yə rəqib - FOTOLAR
Yeni modelin ilk ictimai nümayişi yanvarın ortalarnda Detroyt avtosalonunda olacaq.
AzerTaym.az 4charx.com-a istinadən bildirir ki, model beş litrlik V8 benzin mühərrikiylə təchiz edilib. Lexus bildirib ki, aqreqatın verimi "450-dən çox at gücü" təşkil edir. Mühərrikin hansı ötürücü qutuyla birləşəcəyi məlum deyil.
RC F kupesi istehsaldan çıxardılmış LFA superkarından bir sıra texniki həllər əldə edib.
"Qaynar" Lexus kupesi kapotda havalanma dəliyi və qabaq bamperin və qanadların ətrafında əlavə havaçəkənlərlə təchiz edilib. F-modifikasiyada adi RC variantıyla müqayisədə daha geniş təkər tağlrı nəzərdə tutulub, həmçinin arxa bamper dəyişdirilib və ona işlənmiş qazların xaricedilməsi sisteminin dörd borusu birləşdirilib.
RC F interyerinin adi kupedən fərqləri yeni sükan təkəri, başqa pedallar və yeni kürsülərdən ibarətdir. Kupenin kürsüləri kontrast tikişli beş müxtəlif variantda dəri ilə üzlənib. Bundan başqa, modelin yeni cihaz panelinin zahiri görünüşü elektron idarə etmənin seçilmiş iş rejimindən asılı olaraq dəyişir.
RC F rəqibi 431-güclü BMW M4 kupesindən başqa 450-güclü mühərriklə Audi RS5 də olacaq.