İNFİNİTİ-dən yeni sportsedan - FOTO

İNFİNİTİ-dən yeni sportsedan - FOTOİNFİNİTİ markası yanvarın 14-də Detroyt avtosalonunda gözlənilən rəsmi debütündən əvvəl Q50 Eau Rouge sportsedanın konseptual versiyasını məxfilikdən çıxardan şəkilləri dərc edib.
"Qaynar" Infiniti Q50 xarici görünüşü Formula-1 yarış bolidlərindən ilham alıb. Avtomobil bir çox karbon komponentlər, o cümlədən qabaq splitter, yan ətəklər və arxa diffuzor, həmçinin xarici arxa görünüş güzgüləri üçün qapaq və korpus əldə edib.
Sedanın təkər yerində 21 düymlük yüngül lehimli disklər bağlanıb. Standart modeldən prototipi havalanan kapot, arxa spoyler və idman xaricetmə sisteminə görə də ayırmaq olar.
Model Formula-1 üçün səciyyəvi bir neçə detal, o cümlədən RB9 yarış avtomobilində olduğu kimi xüsusi formalı qabaq splitter və arxa aerodinamik elementlər əldə edib.İNFİNİTİ-dən yeni sportsedan - FOTO
İNFİNİTİ-dən yeni sportsedan - FOTO
İNFİNİTİ-dən yeni sportsedan - FOTO






Fikirlər