22.03.2014. - Bentley seriya yolsuzluq avtomobilinin ilk təsvirini göstərdi - FOTO

22.03.2014. -  Bentley seriya yolsuzluq avtomobilinin ilk təsvirini göstərdi - FOTOBentley şirkəti bazara çıxışı 2016-cı ilə planlaşdırılmış seriya yolsuzluq avtomobilinin ilk təsvirini yayıb.
AzerTaym.az 4charx.com-a istinadən bildirir ki, Britaniya markasının rəhbəri Volfqanq Şrayberin sözlərinə görə,
o, bazarda ən təmtəraqlı və güclü yolsuzluq avtomobili olacaq və özünün meydana çıxmasıyla seqmentdə yeni bir bölmə açacaq.

Dərc edilmiş şəklə əsasən demək olar ki, Şrayberin vədləri təsdiqlənib. O 2013-cü ilin martında bildirmişdi ki, yolsuzluq avtomobilinin əmtəə versiyası üç il əvvəl təqdim edilmiş EXP 9 F-ı konseptindən əhəmiyyətli dərəcədə fərqlənəcək.

Yolsuzluq avtomobilinin təxmini qiyməti 190 min dollar təşkil edəcək. Bentley-də ən azı ildə 3000 yolsuzluq avtomobili satmağı nəzərdə tuturlar.






Fikirlər