Bu gün Bakıda satılan ən bahalı avtomobil - Foto
Oxu.Az xəbər verir ki, Turbo.Az saytında “Mercedes-Maybach S-Class 600” markalı maşının satışı haqqında elan yerləşdirilib.
2015-ci il istehsalı olan və interyeri göz oxşayan avtomobil görənləri heyrətə gətirib.
“Mercedes-Maybach S-Class 600” markalı avtomobili 12 silindirli, 6 litr həcmində, 530 at gücündə mühərrik (Twin-Turbo) ilə təchiz olunub.
Avtomobil saatda 100 km/s-dək sürət yığmaq üçün cəmi 5 saniyə sərf edir.
Maşının maksimal sürəti saatda 250 kilometrdir.
Satışa çıxarılan “Mercedes-Maybach S-Class 600” markalı avtomobili 367 491 AZN-ə (350 000 dollar) başa gələcək.
Qeyd edək ki, “Mercedes-Maybach S-Class” öz sinifində ən prestijli avtomobillərdən biri hesab olunur. O avtomobil dəbdəbəsində, hətta ən təcrübəli tamaşaçı üçün, diqqət və hədsiz maraq mərkəzinə çevrilib.