Yolun ortasında xarab olub dayanmış "Mercedes" belə vuruldu - Bakıda - VİDEO
Heydər Əliyev prospektində, Bakı Olimpiya stadionunun qarşısında baş verən qəza kameraya düşüb. Avtosfer.az xəbər verir ki, “Mercedes” markalı avtomobil yüksəksürətli yolun ortasında xarab olub. Sürücü kapotu açaraq maşını təmir etməyə çalışır. Bu zaman yüksək sürətlə gələn yük maşını dayanmış avtomobili vurur. Sürücü son anda maşının yanından qaçaraq həyatını xilas edir. Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, yolda avtomobil xarab olan zaman mütləq təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. “Bəzən “üçbucaq” adlandırdığımız xəbərdarlıq edən portativ nişanı maşında saxlamırlar. Bu cür anlarda bu nişan çox önəmlidir. Maraqlıdır ki, əksər “Mercedes” markalı maşınlarda bu nişan yük yerində olur. Sadəcə yük yerini açmaqla xəbətdaredici nişan görünür. Sürücü isə təhlükəsizlik qaydalarına tam əməl etmədiyi üçün bu hadisə ilə qarşılaşır.”