Sürücülərin DİQQƏTİNƏ! - Avtomobilinizi yayda qızmar günəşdən belə qoruyun - 4 QAYDA

Avtomobilimizin qış aylarında daha çox qayğıya ehtiyacı olduğunu inkar edə bilmərik.Lakin bu, yaz mövsümündə avtomobilinizə baxmamamağınız anlamına gəlməz.
 
 "AzerTaym.az" bildirir ki, Avtosfer.az sürücülərin yaz mövsümündə üz-üzə qaldığı 4 problemi araşdırıb.
1. Bəzi sürücülər avtomobilindəki nəmişliyə məhəl qoymazlar. Lakin bu, böyük bir səhvdir. Avtomobildəki ayaqaltıların altı su olsa kiflənmə qaçılmazdır. Kiflənmənin avtomobilinizi məhv etməsinin qarşısını almaq üçün nəmli bölgələri qurudun. Eynisini qış başlamadan da edin. Nəticədə sulu yerlər buz tutmaz.
 
2. Avtomobilinizi günün altında saxlayıb gedəndə geri dönərkən sükanın od tutub "yandığının” şahidi olursunuz. Əgər barmaqlarınızın yanmağını istəmirsinizsə avtomobilinizi tərk etmədən sükanı 180 dərəcə çevirin. Bununla da sükanın əl tutduğunuz hissəsi kölgədə qalar və əlinizi yandırmaz.
3. Sürət qutusunun üzərinə kardon su qabı qoyun. Əgər, bu da yoxdursa sürət qutusunun üzərinə su səpin. Eyni qayda təhlükəsizlik kəmərinin üstündəki dəmir başlıq üçün də keçərlidir.
4. Yaz günəşi avtomobilinizi qızdırmaqla yetməz, eyni zamanda salondan pis qoxu da gəlməsinə səbəb olar. Bunu önləmək üçün havalandırma sisteminin dəliklərinə quru parça qoyun. Bir neçə dəqiqə sonra qoxudan əsər əlamət-qalmayacaq.
P.S. Əgər yuxarıda qeyd edilən qaydalara əməl etsək idarə etdiyimiz avtomobil daha uzunömürlü olub, bizi yolda qoymaz. Avtomobilimizi göz bəbəyi kimi qorumalıyıq. Çünki o. bizim yol yoldaşımızdır.






Fikirlər