Bakıda sürücülərin 5 min manatlıq səs siqnalları - Yol polisi onları MÜSADİRƏ EDİR

Картинки по запросу Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov

Buna görə cərimələnən sürücülərin sayında da xeyli azalma müşahidə olunub”

Əvvəllər Bakı küçələrində şütüyən avtomobillərdən qəribə siqnallar eşidirdik. “Danq-danq”, “Fi-fa”, “Ələsgər” kimi adlar verilən səs siqnallarını avtomobillərə vurmaq avtoşların böyük həvəsinə çevrilmişdi. Bir neçə il əvvəl isə bununla bağlı qanunlar sərtləşdirildi. Lüzumsuz səs siqnallarını avtomobillərinə qoşan, istifadə edən sürücülərə yüksək məbləğdə cərimələr tətbiq olunmağa başladı. 50 manatdan 5 min manata qədər dəyəri olan bu siqnalları yol polisi aşkar etdikdə protokollaşdırılır və məhkəmə qərarı ilə müsadirə edirdi. Sürücünün yüksək məbləğdə ödəməli olduğu cərimə də öz yerində. Cəzalar sərtləşdirilənə qədər hətta mətbuatda məlumatlar yayılırdı ki, avtomobildən bir “Ələsgər” qışqırtısını eşitmək üçün bankdan kredit götürənlər belə olub. Bəs bu gün situasiya necədir? Bütün cərimələri, cəzaları gözə alaraq, avtomobilə qeyri-adi səs siqnallarını qoşan, istofadə edən sürücülər varmı?

 "AzerTaym.az" bildirir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bu sualları Modern.az üçün cavablandırıb. O vurğulayıb ki, hazırda qüvvədə olan Yol Hərəkəti Haqqında Qanunun tələblərinə görə, lüzumsuz səs siqnallarından istifadə edilməsi inzibati xəta sayılır: “Eyni zamanda çoxavazlı, yüksək tonlu, film və ya musiqi səsi, cürbəcür səslər çıxaran siqnalların da avtomobillərə quraşd ırılması və istifadə edilməsi hallarına görə də xeyli müddətdir, qanunda dəyişiklik edilib, ciddi cərimələr, cəzalar tətbiq edilir. Məhkəmənin qərarına əsasən həmin siqnalların istifadəsi zamanı  500 manatdan 800 manata qədər cərimə və onların müsadirə olunması nəzərdə tutulur. Bu istiqamətdə Dövlət Yol Polisi əməkdaşları tərəfindən görülmüş tədbirlər onların istifadə edilməməsinə gətirib çıxarıb. Vaxtilə “Ələsgər” deyə qışqıran, tank, təyyarə səsləri tətbiq edən, müxtəlif heyvan səslərini siqnallara quraşdıran sürücülər var idi. Bu gün onlar yox dərəcəsindədirlər. Yalnız “serena” siqnallar istifadə olunur – bunlar isə təcili tibbi yardım, polis, yanğınsöndürən avtomobilləri üçün icazəlidir”.

 Əsədov Bakı şəhərinin inzibati ərazisində lüzumsuz səs siqnallarının verilməməsini əks etdirən yol nişanlarının quraşdırıldığını da söyləyib. O sürücülərin diqqətinə çatdırıb ki, bu nişanlara əməl etmədiyinə görə, adi səs siqnallarından istifadə edən sürücülər də cərimələnə bilər: “Qanunvericiliyin tələblərinə uyğun olaraq, səs siqnallarından istifadə iki halda icazəlidir. Birincisi, əgər yaşayış məntəqələrindən kənarda sürücü nəqliyyat vasitəsini ötmə niyyəti ilə istifadə edirsə, ikincisi isə yol nəqliyyat hadisəsinin baş verməməsi üçün səs siqnallarına icazə verilir.

Təəssüf ki, insanlarımızın mentalitetimizlə bağlı təhlükəli vərdişləri oturuşub. Məsələn, sürücülər, səs siqnalı verməklə, salamlaşır, xudafizləşir. Sürücüləri təhlükəli vərdişlərdən kənarlaşdırmaq üçün təbliğata ehtiyac var. Süni sıxlıq yarananda, yollarda tıxac olanda aramsız səs siqnalından istifadə edirlər. Halbuki siqnalın istifadəsi yolun açılmasına kömək etmir”.

Səs siqnallarının insanların səhhətinə ziyan vurduğunu qeyd edən V. Əsədov diqqətə çatdırıb ki, onsuz da səs-küylü olan paytaxtımızda aramsız siqnallarla evlərdəki xəstə insanları, körpələri, parklarda istirahət edən vətəndaşları narahat etmək etik deyil: “Sevindirici haldır ki, sürücülər cərimələrdən, maarifləndirmələrdən nəticə çıxarırlar. Əvvəlki illərdə lüzumsuz siqnallara görə, cərimələnən sürücülərin sayı indi dəfələrlə azalıb. Buna görə cərimələnən sürücülərin sayında da xeyli azalma müşahidə olunub”.

 

 

 

 






Fikirlər