Yol polisi müğənni Zemfiranı görün nəyə görə cərimələdi - VİDEO

Yol polisi müğənni Zemfiranı görün nəyə görə cərimələdi - VİDEO

Səkidə avtomobilini saxlayanlar arasında müğənni Zemfira İbrahimova da olub.

Dövlət Yol polisi Yasamal rayonunda reyd keçirib. Avtosfer.az xəbər verir ki, reyd Mətbuat prospektində avtomobili qadağan olunmuş ərazilərdə park edən sürücülərə qarşı keçirilib. Polisin ərazidə xidmət aparmasına baxmayaraq, bəzi sürücülər yollarını qısaltmaq üçün piyadaların həyatını təhlükəyə ataraq səki ilə hərəkət ediblər. Saxlanılan zaman sürücülərdən biri ərazinin səki olmasından xəbərsiz olduğunu deyib.

Səkidə avtomobilini saxlayanlar arasında müğənni Zemfira İbrahimova da olub.

Qeyd edək ki, səkidə park edilən avtomobillərə görə bir çox piyada yolun hərəkət hissəsinə çıxaraq gedib. Bu da piyadaların vurulması riskini yaradır. Xidmətdə olan polislər təhlükəsizliyi təmin etmək məqsədi ilə piyadalara qarşı da tədbirlər görüb. Qanunsuz yerdən keçən piyadalar saxlanılaraq onlara törətdikləri inzibati xəta izah edilib.

 

Yasamal rayon yol polis şöbəsinin rəis müavini Emil Seyidov deyib ki, mütəmadi keçirilən reyddə məqsəd yol hərəkəti iştirakçılarını cərimələmək yox, onları maarifləndirməkdir.

Reyd zamanı 10-dən çox sürücüyə inzibati qaydada protokol tərtib edilib.






Fikirlər