Sumqayıt və Abşeron avtomobillərinə də qadağa: DYP-dən AÇIQLAMA

 

Sumqayıt və Abşeron avtomobillərinə də qadağa: DYP-dən AÇIQLAMA
 

 

Sentyabrın 15-dən etibarən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 07:00-dan axşam saat 24:00-a qədər paytaxta girişi qadağan olunacaq”.
"AzerTaym.az"  Bizimyol.info-ya istinadən xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. DYP rəsmisi bildirib ki, bura Sumqayıt və Abşeron qeydiyyatında olan avtomobillər də daxildir: “Sentyabrın 15-də Bakı-Sumqayıt xətti üzrə hərəkət edəcək yeni qatarlar istifadəyə veriləcək. Sumqayıt sakinlərinə Bakı şəhərinə gəlmək üçün ən təhlükəsiz nəqliyyat vasitəsi olan dəmiryol xəttindən istifadə etmək tövsiyə olunur”.
K.Əliyev qeyd edib ki, Bakı şəhərinin şimal və cənub girəcəklərində rayon qeydiyyatı olan avtomobillər üçün pulsuz dayanacaqlar yaradılıb: “Rayon qeydiyyatında olan avtomobillər pulsuz olaraq həmin dayanacaqlarda dura biləcəklər. Dayanacaqlarda ən yaxın metro stansiyaların gələn avtobuslar fəaliyyət göstərəcək. İctimai nəqliyyat vasitələri sərnişindaşımasını həyata keçirəcək. Bu həm şəhərdə yaşayan, həm də şəhərə gələn vətəndaşların özlərinin rahat hərəkət etməsi üçün yaradılmış imkandır”-deyə DYP rəsmisi vurğulayıb.
 Qeyd edək ki, baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacağını, bu avtomobillərin şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılacağını bildirmişdi. Belə ki, rayon qeydiyyatında olan avtomobillər yalnız gecə saat 24:00-dan səhər saat 7:00-a qədər Bakı şəhərinə daxil ola biləcəklər.






Fikirlər